

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet 22 oktyabr saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yadıma sən düşərsən” adlı möhtəşəm konsert keçiriləcək. Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və solist Ramil Qasımovun ifasında Ramiz Mustafayevin dərin lirizmi, incə melodik dili və milli ruhu əks etdirən əsərləri səsləndiriləcək. Azərbaycan klassik musiqisinin unudulmaz səhifələrinə səyahət etmək, duyğularla zəngin bir axşam yaşamaq istəyən hər kəsi bu konsertə dəvət edirik.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 5–35 AZN
Buy ticket