

İnsanlar necə siçana çevrilirlər?.. Bəs siçanlar hansı anda yırtıcıya çevrilir?.. İnsanı arzularından, ləyaqətindən və ümidindən vaz keçməyə nə məcbur edə bilər — bir parça torpaq, bir tikə çörək, tənhalıq qorxusu, yoxsa ömürlük həbs təhlükəsi? “İnsanlar və siçanlar” tamaşası insan dostluğu, arzular və amansız reallıq haqqında hekayədir. Elə bir reallıq ki, burada hər kəs öz daxilindəki insanlığı qoruyub saxlaya bilmir. Qəhrəmanlar dünyada öz yerlərini tapmağa çalışır, sadə arzularına sarılır və bir gün ev, azadlıq və sakitlik əldə edə biləcəklərinə inanırlar. Lakin həyat onları dəfələrlə elə seçimlər qarşısında qoyur ki, bir səhvin qiyməti həddindən artıq ağır ola bilər. Xeyirlə qəddarlıq, zəifliklə güc, insanla vəhşi arasındakı sərhəd haradan keçir? Qorxu, yoxsulluq və ümidsizlik öz qaydalarını diktə etməyə başlayanda insanlara nə olur? İnsan kimi yaşamaq, yoxsa sadəcə sağ qalmaq? İnsan olaraq qalmaq, yoxsa güclünün həmişə zəifi məğlub etdiyi dünyanın bir hissəsinə çevrilmək?..
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 10–15 AZN
Buy ticket