

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər — gənclərə dəstək” layihəsinin növbəti möhtəşəm konsert proqramı təqdim olunacaq. 20 sentyabr tarixində “Mezzo” Konsert Zalında keçiriləcək konsertdə gənc və istedadlı vokalçılar klassik və opera musiqisinin seçilmiş nümunələrini tamaşaçılara təqdim edəcəklər. Konsertdə Aişə Məmmədova, Ləman Babayeva, Fidan Əliyeva, Zümrüd Davudova, Məhəmməd Şəmmədov və Aysu Səmmədli iştirak edəcəklər. Gənc ifaçıların peşəkar səhnə təcrübəsi qazanmasına və yaradıcılıq potensiallarının inkişafına dəstək vermək məqsədi daşıyan bu konsert musiqisevərlərə unudulmaz sənət axşamı bəxş edəcək.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 25 AZN
Buy ticket