

İBLİS və... Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında fəlsəfi-dekonstruktiv metadram Hüseyn Cavid, “İblis” faciəsinin motivləri əsasında “İblis və...” fəlsəfi-dekonstruktiv metadram Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İBLİS mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər. “İblis” əsərinin motivləri əsasında “İblis və…”. “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə İBLİSin qələbəsidir. İçində boşluqlar olan insan İBLİSİ cəlb edir. Və İblis yer üzünə sürgününə səbəb olan insanla mübarizədə Tanrıya Haqlı olduğunu isbatlayır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 10–25 AZN
Buy ticket