

AMR DİAB İLK DƏFƏ TÜRKİYƏDƏ KONSERT VERƏCƏK Dünyaca məşhur ərəb pop musiqisi ulduzu Amr Diab Türkiyədə ilk dəfə pərəstişkarları ilə görüşəcək. Konsert 3 oktyabr, bazar günü Ataköy Marina-da keçiriləcək və tədbir TemaCC tərəfindən təşkil olunur. Ritmin dərindən hiss olunacağı bu musiqi dolu gecə üçün biletlər artıq iTicket Turkey üzərindən satışdadır. Ənənəvi ərəb melodiyalarını elektron aranjimanlar və pop musiqi səsləri ilə birləşdirən Amr Diab, bu xüsusi konsertlə Istanbul şəhərində pərəstişkarları ilə ilk dəfə görüşəcək. Uzun illərdir səhnə enerjisi və müasir imici ilə ərəb pop musiqisinin simalarından biri sayılan sənətçi, İstanbul üçün xüsusi hazırlanmış zəngin repertuar və təsirli səhnə şousu ilə unudulmaz bir gecə vəd edir. Bu xüsusi konsert üçün biletlər aşağıdakı kateqoriyalarda təqdim olunur: Front stage (ön səhnə) Standing (ayaqüstü zona) VIP box (loge) Bistro Amr Diab World Music Awards mükafatlarında dəfələrlə “Best-Selling Middle Eastern Artist” (Yaxın Şərqin ən çox satılan sənətçisi) mükafatını qazanan ilk ərəb sənətçisi kimi tarixə düşüb. O, ərəb musiqisinin modernləşməsinin ən güclü simvollarından biri hesab olunur. Unudulmaz musiqi və emosiyalarla dolu bir gecə üçün Amr Diab öz güclü performansı və məşhur hit mahnılarını 3 oktyabr tarixində Ataköy Marina səhnəsində İstanbul tamaşaçılarına təqdim edəcək. Konsert Türkiyə vaxtı ilə saat 19:00-da baş tutacaq.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 152–293 AZN
Buy ticket